COP29

Mesut Özil Qarabağ şəhidinin evinə getdi – TƏSİRLİ VİDEO

09:40 Hadisə 147
Mesut Özil Qarabağ şəhidinin evinə getdi – TƏSİRLİ VİDEO

Azərbaycanda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil 44 günlük Vətən mübaribəsində qəhrəmancasına döyüşərək şəhid olan Elgün Quliyevin ailəsini ziyarət edib.

Şəhidin atası Vasif Quliyev və anası Qənirə Quliyeva ilə tanış olan futbol ulduzuna Elgün haqqında geniş məlumat verilib,

Türk kökənli keçmiş yarımmüdafiəçi onun II Qarabağ müharibəsi ərzində yazdığı xatirə dəftərinin də yer aldığı guşəni gəzib. Mesuta Elgünün keçdiyi döyüş yolundan bəhs edilib.

E.Quliyev 2020-ci ilin sentyabrın 29-da könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Noyabrın 9-da-müharibənin sonuncu günündə Şuşada şəhid olub.

O, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti