COP29

Premyer Liqanın “ağa”sı: "Heç vaxt oğluma təkid etmərəm ki…"

09:00 Hadisə 250
Premyer Liqanın “ağa”sı: "Heç vaxt oğluma təkid etmərəm ki…"

"Heç vaxt oğluma hakim kimi fəaliyyət göstərməyi təkid etmərəm".

Sportinfo.az xəbər verir ki, bunu "report"a FIFA referisi Əliyar Ağayev deyib.

Beynəlxalq dərəcəli hakim oğlunun futbola marağı olduğunu bildirib:

"Heç vaxt oğluma hakim kimi fəaliyyət göstərməyi təkid etmərəm. Bu işin çətinliyini bilirəm.

Mənim atam seçimi özümə buraxıb. Hakimliyi seçdikdən sonra isə, təbii ki, mənə dəstəyini əsirgəməyib.

Oğlumun futbola çox marağı var və bu onda birdən-birə yaranıb. 9 yaşı olacaq. 7 yaşına qədər, ümumiyyətlə, futbolla maraqlanmırdı.

Son bir ildə çox maraqlanır. Televizorda göstərilən heç bir oyunu, demək olar ki, buraxmır".

Digər Xəbərlər
Xəbər Lenti