COP29

Dünya futbolunun ulduzu Azərbaycanın bu rayonunda nəyə imza atdı? - VİDEO

17 Oktyabr 17:40 Hadisə 582
Dünya futbolunun ulduzu Azərbaycanın bu rayonunda nəyə imza atdı? - VİDEO

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mesut Özil, bilindiyi kimi, Azərbaycana 3 günlük səfəri çərçivəsində Şəkidə olub.

Əslən türk ulduz II Liqada mübarizə aparan “Şəki Siti”nin dəvəti ilə rayona təşrif buyurub, stadiona baş çəkib, yerli publika qarşısında çıxış edib.

Vaxtilə “Real”, “Arsenal”, “Fənərbaxça” kimi böyük klubların formasını geyinmiş Mesut Şəkidə ondan edilən xahişi yerə salmayıb.

O, məhdud çərçivədə imza aksiyası keçirib.

“Şəki Siti“nin prezidenti Elgün Hüseynov bundan klubun yaşaması naminə yararlanmaq qərarına gəlib.

Özilin Şəkiyə tarixi ziyarəti şərəfinə çap olunmuş və futbolçu tərəfindən imzalanmış biletləri simvolik olaraq satışa çıxarıb. Hər bir biletin simvolik qiyməti 100 AZN-dir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti