COP29

İki oliqarx böyük puldan mərcə girir, klub sahibi "Neftçi"ni udmaq tapşırığı qoyur və… VİDEO

17 Oktyabr 14:40 Hadisə 1 910
İki oliqarx böyük puldan mərcə girir, klub sahibi "Neftçi"ni udmaq tapşırığı qoyur və… VİDEO

Tanınmış futbol eksperti Emin Abbasov 1996-1997-ci illərdə fəaliyyət göstərmiş «Fərid»FK-nın dağılması haqda danışıb.

O, Fərhad adlı iş adamı tərəfindən Bakıda yaradılan və oğlunun adını qoyduğu kluba aid geniş ictimaiyyətə məlum olmayan hadisəni nəql edib.

Vaxtilə «Qarabağ», «Xəzər» və «Sabah»da çalışmış keçmiş funksioner «Fərid»in sahibinin «Neftçi»nin ovaxtkı prezidenti Rasim Rəfiyevlə mərcə girdiyini bildirib.

İş adamı Rəfiyevə «Neftçi»dən güclü olduqlarını söyləyib, onunla böyük pul qarşılığında mərc eləyib.

Hazırda «Sumqayıt»ın prezidenti postunu tutan Riad Rəfiyevin atası həmkarını fikrindən çəkindirməyə çalısa da, cəhdləri heç bir nəticə verməyib.

Belədə tərəflər komandaların yoldaşlıq görüşündə üz-üzə gəlməsinə razılaşıblar. İdman Akademiyasının stadionunda təşkil olunan qarşılaşmanı «Neftçi» 4:0 hesabıyla qazanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti