COP29

Təcili araşdırma başladı - Zorlamada şübhəli bilinir

17 Oktyabr 10:20 Hadisə 426
Təcili araşdırma başladı - Zorlamada şübhəli bilinir

Fransa millisinin və “Real Madrid”in ulduzu Kilian Mbappe İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Aftonbladet” yayıb.

İddialara görə, hadisə İsveç - Fransa oyunundan əvvəl, Mbappe, onun qohumları və Fransanın PSJ klubunun futbolçusu Nordi Mukielenin qaldığı otellərdən birində baş verib.

“Expressen” nəşrinin yaydığı məlumata deyilir ki, iddia edilən insident oktyabrın 10-da baş verib. Cinayətin törədilməsi ilə bağlı polisə şikayət ərizəsi isə 2 gün sonra daxil olub.

“Stokholmda iddia edilən zorlama ilə bağlı mediada yayılan xəbərlərə cavab olaraq, cinayət işi qaldırıldığını təsdiq edə bilərik”, - İsveç prokurorları bəyanatda bildiriblər.

Prokurorluq şübhəlilərin adlarını açıqlamaqdan imtina edib.

Kilian isə yayılan xəbərin saxta olduğunu bildirib. Forvard keçmiş klubu PSJ-nin bu işdə əli olduğuna işarə vurub. O, bu xəbəri PSJ-nin Mbappeyə borc kimi 55 milyon avro ödəmək qərarından verdiyi apellyasiya şikayətinə baxılması ilə əlaqələndirib.

Fransa millisinin üzvü səhhəti ilə əlaqədar Millətlər Liqasının oyunlarında iştirakdan azad edilib. Oktyabrın 10-da, Fransa yığması Millətlər Liqasında İsraillə oyun keçirəndə (4:1) futbolçu Stokholmda olub.

Digər Xəbərlər
Xəbər Lenti