Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun ulduz oyunçusu Neymar qızının anası, keçmiş sevgilisi Bruna Biankardi ilə barışıb.
Sportinfo.az xəbər verir ki, forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Futbolçu birgə çəkilmiş romantik fotolarını izləyiciləri ilə bölüşüb.
Cütlük ötən il övladları Mevi dünyaya gəldikdən qısa müddət sonra ayrılmışdı. Biankardi Neymarla ayrılığının səbəbini açıqlamasa da, bunun futbolçunun xəyanəti ilə bağlı ola biləcəyi deyilirdi.
Bruna dəfələrlə Neymarı xəyanətdə ittiham edib və bu səbəbdən böyük qalmaqallar yaranıb. Bu ilin iyul ayında isə Neymarın qısa müddət münasibətdə olduğu Amanda Kimberlidən ikinci qızını dünyaya gəlib.
Neymarla Bruna hadisələrdən sonra dəfələrlə birlikdə görüntülənsələr də, münasibətlərinə şans verdiklərini açıqlamırdılar. İkilinin yenidən bir arada olduğu ilə bağlı şayiələr yayılmışdı.
Braziliyalının Karolina Dantos Davi Lukadan 13 yaşlı David adlı bir oğlu da var.