COP29

Rusiyaya köçdü, İslamı qəbul etdi, məsciddə evləndi

15 Oktyabr 04:00 Hadisə 1 374
Rusiyaya köçdü, İslamı qəbul etdi, məsciddə evləndi

MMA döyüşçüsü Monson müsəlman ayinlərinə uyğun olaraq rus qadınla evlənib

Qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Ceff Monson müsəlman ayinləri ilə rus qızla evlənib.

Sportinfo.az xəbər verir ki, bu barədə idmançının həyat yoldaşı Yekaterina bildirib.

"Oktyabrın 7-də Ufadakı məscidlərdən birində müsəlman adətləri ilə toy etdik. Şəxsi həyatımızı açıqlamırıq, toy mərasimi təvazökar idi. 2025-ci ilin yazında rəsmi toy keçirməyi planlaşdırırıq", döyüşçünün həyat yoldaşı bildirib.

İyunun 19-da Monson İslamı qəbul edib.

2023-cü ilin mayında döyüşçü ABŞ vətəndaşlığından imtina edib. O, ABŞ-ın yürütdüyü siyasətlə razı olmadığını bildirib. O, həmçinin bildirib ki, indi onun düşüncələri və gələcəyi yalnız Rusiya ilə bağlıdır.

Avqustun 18-də Ceff Monson Oleq Taktarova qarşı boks qaydalarına uyğun döyüşüb. Bu döyüş REN TV-nin boks gecəsi çərçivəsində baş tutub və heç-heçə ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti