Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən "Qarabağın dirçəlişində həmrəyliyin rolu" mövzusunda xüsusi tədbirdə iştirak etmək mənim üçün böyük mənəvi əhəmiyyətə malik idi”.
Sportinfo.az xəbər verir ki, bu sözlər millinin və “Neftçi”nin sabiq futbolçusu Qara Qarayevə aiddir.
32 yaşlı yarımmüdafiəçi bildirib ki, tədbir Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə #KarabakhTalks platforması çərçivəsində təşkil olunub:
“Qarabağda anadan olan biri kimi öz fikirlərimi və təcrübələrimi universitetin parlaq tələbələri və professor heyəti ilə bölüşmək mənim üçün həm emosional, həm də maraqlı bir təcrübə oldu.
Mən inanıram ki, gücümüz birliyimizdədir və birlikdə Vətənimizin bərpasında böyük işlər görə biləcəyik.
Tələbələrə demək istəyirəm ki, bu gün sizin aldığınız biliyin, fəaliyyətinizin və xalq olaraq Qarabağın dirçəlişi yolunda həmrəylimiz hər birimiz üçün çox önəmlidir.
Siz gələcəksiniz və Qarabağın dirçəlişindəki rolunuz əvəzolunmazdır”.