Türkiyəli sosial media fenomeni Şeyma Subaşı yeni eşqə yelkən açıb.
Sportinfo.az xəbər verir ki, eşq həyatı ilə hər zaman gündəmdə olan Şeyma 33 yaşlı braziliyalı model Marlon Teyşeyra ilə sevgilidir.
34 yaşlı fenomen sevgilisi ilə əl-ələ verdiyi pozu və birlikdə yoqa etdikləri anı sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Ş.Subaşı 2017-ci ildə məşhur aparıcı-prodüser Acun Ilıcalı ilə ailə qurub. Onların bu evlilikdən Melisa adlı qızları var. Cütlük 2018-ci ildə boşanıb.
Ötən il isə fenomen 3 il münasibətdə olduğu misirli iş adamı Mohammed Alsaloussi ilə ailə qurub. Lakin bu evlilik cəmi 3 ay çəkib və onlar boşanıblar.
Bir müddət əvvəl fenomenin “Qalatasaray”ın vingeri Barış Alper Yılmazla eşq yaşadığı iddia edilmişdi.