Azərbaycana bir neçə günlük səfərə gələn Mesut Özil Bakıdan sonra Şəkiyə gedib.
Almaniya yığmasının sabiq ulduzu yerli «Şəki Siti»nin «Şəmkir»lə matçından öncə (0:1) meydana təşrif buyurub.
Onun gəlişi böyük maraqla qarşılanıb. Stadiona 1200 nəfərdən artıq azarkeş toplaşıb. Tribunaya toplaşanlar türksoylu keçmiş futbolçunu alqışlarla qarşılayıb.
«Real» və «Arsenal»dakı çıxışıyla məşhurlaşmış yarımmüdafiəçi yerli publika qarşısında qısa bir çıxış edib, qədim Şəki torpağına gəlişindən məmnun olduğunu bildirib, hər iki komandaya uğurlar diləyib.
Proqrama görə, Özil Azərbaycan Kubokunun I təsnifat mərhələsinin oyununda topa ilk toxunuşu etməli idi. Fanatlar meydana axışdığından, pulan baş tutmayıb.
Yüzlərlə tərəfdar onunla əlbəəl görüşmək, şəkil çəkdjirmək üçün yaşıl sahəyə axın edib, nəticədə stadionun düz ortasında əsl izdiham əmələ gəlib.
Mesut bu qələbələyin arasından çətinliklə çıxa bilib. Təyyarə reysinə gecikmək istəməyən ulduz qarşılaşmanın startından bir qədər sonra Şəkini tərk eləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN