COP29

Bakıdan Laçına ilk avtobus yola düşdü - FOTOLAR

14 Oktyabr 08:00 Hadisə 1 056
Bakıdan Laçına ilk avtobus yola düşdü - FOTOLAR

Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.

Hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək.

Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.

Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.

Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.

Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.


Digər Xəbərlər
Xəbər Lenti