COP29

Azərbaycanda klub prezidenti Özili stadiona gətirmək üçün görün nə etdi!

13 Oktyabr 13:35 Hadisə 5 590
Azərbaycanda klub prezidenti Özili stadiona gətirmək üçün görün nə etdi!

Dünya futbolunun məşhur simalarından olan Məsut Özilin Azərbaycan səfəri davam etməkdədir.

“Qarabağ” və “Zirə”nin düşərgələrinə baş çəkən dünya çempionunun növbəti dayanacağı ölkəmizin dilbər guşələrindən sayılan Şəki olub.

Özilin Şəkiyə səfərindən xəbər tutan “Sheki City”nin yaradıcısı və rəhbəri Elgün Hüseynov dərhal hərəkətə keçib.

O, əlaqə vasitələrini işə salaraq Məsuta çıxış tapıb və ondan ölkə kubokunun I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sheki City” – “Şəmkir” qarşılaşmasında iştirak etməyi xahiş edib.

Elgün bəy bunun üçün kreativ addım da atıb. Belə ki, oyun üçün hazırlanmış 2 manatlıq biletlərin üzərinə dünya futbol ulduzunun şəkli yapışdırılıb.

Klubun rəhbəri sosial şəbəkə hesabında azarkeşlərə səslənərək, onları stadiona dəvət edib, “Sheki City”ə dəstək vermələrini xahiş edib.

Ki, 3 min nəfərlik stadiona bu sayda azarkeş biletlə daxil olsa, bu, 6 min manat deməkdir. Nəzərdə tutulan vəsaitlə klubun müəyyən xərclərini qarşılaşamaq mümkündür.

Danışıqların yekununda Məsut Özil stadiona gəlməyə razılıq verib. O, ikinci hissənin başlaması üçün topa toxunuş edəcək.

Maraq üçün bildirək ki, görüş saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti