"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuçun formasını geydiyi Monteneqro millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir, Robert Prosineçkinin çalışdırdığı komanda Samsunda Türkiyə millisinin qonağı olub.
İrfan Kahveçinin 69-cu dəqiqədə vurduğu qol meydan sahiblərinə 1:0 hesablı qələbə qazandırıb.
Monteneqro millisinin heyətində meydana start heyətində çıxan Edvin Kuç 69-cu dəqiqədə “Qarabağ”lı Marko Yankoviçlə əvəzlənib.
3 turdan sonra Monteneqro millisinin xalı yoxdur. Türkiyə yığması isə 7 xalla qrup lideridir.