Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.
Sportinfo.az xəbər verir ki, kanala Zaur Zeynal rəhbərlik edəcək.
“Mədəniyyət” kanalının rejissoru işləyən Z.Zeynal daha çox şou-biznes sahəsində tanınır.
Bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.