![Cəlilabad rayonunda Şəhid atası vəfat etdi - FOTO](https://www.sportinfo.az/media/2024/10/11/atassss.jpg)
Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası vəfat edib.
Mahir Qəmbərov ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib.
Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.