Nöqtə və nida... İkisi də durğu işarəsidir.
Təkrar etməkdə fayda var - biri danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsidir, digəri isə cümlənin bitdiyini bildirir.
Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan 2019-cu il avqustunda işğalda olan Şuşaya səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” demişdi.
Həmin tarixdən üç ay sonra isə Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxış edib “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, Paşinyanın bu sərsəmləməsini cavablamışdı.
Bu cavab təkcə siyasət yox, həm də döyüş meydanında verildi. Cəmi 44 günə nöqtə dönüb oldu vergül, nida isə əzəmətini olduğu kimi saxladı.
Elə Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çəkilən bu foto kimi...
Paşinyan durğunluq içərisində əsl durğu işarəsitək dayanıb. Nöqtənin üstündən boylanan sual işarəsi kimi. Bizim isə “Qarabağ Azərbaycandır”ın sonunda və arxasında böyük bir NİDAmız var!
Emin Səfərov