Futbolun unudulmaz əfsanələrindən biri olan Ronaldinyonun oğlu Joao Mendeş yaydan etibarən İngiltərənin köklü klublarından biri olan "Bernli"də çıxış edir.
Sportinfo.az xəbər verir ki, 19 yaşlı vinger "dumanlı albion"da tək yaşamır.
Onu özündən 5 yaş böyük sevgilisi Covanna Buskasio müşayiət edir.
Giovannanın "İnstaqram"da 131.000-dən çox izləyicisi var. Braziliyalı xamın artıq sevgilisi ilə İngiltərədən bir neçə foto paylaşıb.
Mendeş 13 yaşından atasının yolu ilə getməyə, yəni futbol oynamağa başlayıb. Hücumçu "Barselona"nın məşhur "La Masiada"akademiyasına keçib və bu ilin iyun ayına kimi orada futbol sirrlərini öyrənib. Joaonun "Bernli" ilə müqaviləsi 2 il müddətinədir.
İndi hamını bir sual maraqlandırır. 19 yaşlı futbolçu atasınına hansı cəhətdən bənzəyəcək?
Ya yaxşı futbolçu olacaq, ya da qadın düşkünü olub karyerasını məhv edəcək. Tezliklə görəcəyik.