COP29

Həvəskar idmançının Qubada ölüm səbəbi bilindi - Paraşütün ipləri dolaşıbmış... FOTOLAR

08:30 Hadisə 565
Həvəskar idmançının Qubada ölüm səbəbi bilindi - Paraşütün ipləri dolaşıbmış... FOTOLAR

Qubada paraşütlə uçan şəxs faciəvi şəkildə ölüb.

Sportinfo.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

Ş.Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

O, uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Ş.Mehdiyev Xırdalanda diş həkimi işləyirmiş. O, həm də həvəskar paraşütçü kimi yamac paraşütü (paraplan) ilə məşğul olurmuş.

Artıq hadisəsinin bəzi detalları üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.

Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb.

Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib.





Digər Xəbərlər
Xəbər Lenti