COP29

140 kiloluq azərbaycanlı keçmiş futbolçudan akrobatik qol - VİDEO

17:40 Hadisə 609
140 kiloluq azərbaycanlı keçmiş futbolçudan akrobatik qol - VİDEO

Videoda gördüyünüz bu şəxs sıradan biri deyil, keçmiş futbolçudur.

Vaxtilə Bakı «Real»ının formasını geyinib.

Ceyhun Sultanov, Rəşad Sadıqov kimi tanınmışlarla birlikdə futbolun sirlərini öyrənib. Yeniyetmələrdən ibarət yığmada çıxış edib.

O, Namiq Bayramovdur.

Zamanında Vaqif Sadıqovun «Neftçi»yə cəlb elədiyi, lakin burada qalmaq istəməyən hücumçu.

Aldığı ağır zədəyə görə karyerasını erkən başa vurmaq məcburiyyətində qalan Bayramov hazırda başqa sahədə çalışır. Ötən müddətdə kifayət qədər çəki toplayıb, indi 140 kilodur.

Bununla belə, sevimli idman növündən tam uzaq düşmək istəmir, ara-sıra meydana çıxaraq, gənclik illərini yada salır.

Oğlu Hüseyn də atasının yolunu davam etdirir. Yeniyetmə «Qarabağ»ın və müvafiq yaş qrupu üzrə millinin şərəfini qoruyur.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti