Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Səbail” - “Şamaxı” qarşılaşmasında (2:0) maraqlı olay yaşanıb.
Sportinfo.az xəbər verir ki, ilk yarının gedişində bayıllıların qapıçısı Hüseynəli Quliyev topu meydandan uzaqlaşdırıb.
Qolkiperin qüvvətli zərbəsindən sonra top media tribunada əyləşən xanım jurnalistə tuş gəlib.
Aydan Həsənzadə ciddi xəsarət almasa da, xanımın narahatlıq yaşaması klubun mətbuat katibi Rəşad Məmmədovun diqqətindən yayınmayıb.
90 dəqiqə başa çatandan sonra Hüseynəli Aydan yaxınlaşaraq həmkarımızdan üzr istəyib, yaşatdığı narahatlığa görə ona hədiyyə təqdim edib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: