COP29

“Yaxşı eləmişəm” - Paşinyandan Azərbaycanla bağlı suala reaksiya

5 Oktyabr 04:50 Hadisə 1 128
“Yaxşı eləmişəm” - Paşinyandan Azərbaycanla bağlı suala reaksiya

"Ermənistanın suveren ərazisinin bir millimetri belə heç kimə verilməyib".

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalif deputatı Artsvik Minasyanın Zəngəzur istiqamətində bəzi ərazilərin Azərbaycana verilməsi ilə bağlı iddiasına cavab olaraq deyib.

Minasyanın sözlərinə görə, müxalif deputatlara Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının əsasnaməsi ilə tanış olmaq qadağan edilib. Deputat baş nazirdən buna aydınlıq gətirməsini istəyib.

Minasyana reaksiya verən Paşinyan söyləyib: “Şəxsi qərarımla sizə o kağızlarla tanış olmaq imkanı verdim, tanış oldunuz, sonra sosial şəbəkələrdə reallıqla heç bir əlaqəsi olmayan paylaşımlar, siyasi məqsədləriniz üçün manipulyasiya etdiniz, mən də bunu qadağan elədim, yaxşı da elədim”.

Digər Xəbərlər
Xəbər Lenti