Futbol azarkeşlərinin sevimlisi olan Klaudia Romani sertifikatlı qadın hakimdir.
Lakin o, futbolu modellik karyerasına dəyişməyə qərar verib.
Sportinfo.az xəbər verir ki, italyan əsilli gözəl tez-tez çoxsaylı pərəstişkarlarını sevindirir.
O, daim paylaşdığı fotolarla onları valeh edir. ABŞ-da yaşayan Klaudianın Mayamidəki son fotosessiyası da istisna deyil.
Onun çimərlik geyimindəki şəkilləri izləyicilərinin böyük marağına səbəb olub.
42 yaşlı gözəlçə "Cosmopolitan", GQ və "Playboy" kimi müxtəlif jurnallar üçün modellik edib.
O, İtaliya nəhəngi “Milan” azarkeşidir. Klaudia "rossonierlər"i açıq şəkildə dəstəklədiyinə görə ictimaiyyət qarşısında tənqid olunub. Bundan sonra isə hakimlik karyerasını başa vurub. B
ununla belə o, "dünyanın ən cazibədar" hakimi statusunu özündə saxlamağa davam edir.