COP29

O, ölən oğlunun sevgilisi ilə görüşür?

02:20 Hadisə 113
O, ölən oğlunun sevgilisi ilə görüşür?

“Bavariya”, “Çelsi” və Almaniya millisinin sabiq futbolçusu Maykl Ballak sevgilisi Sofiya Şnayderhan haqqında yayılan şayiələrə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı Ballak Şnayderhandan 24 yaş böyükdür. Media modelin daha əvvəl Ballakın mərhum oğlu Emilio ilə görüşdüyünü yazıb.

“Mediada yayılan xəbərlərə görə, mən bu açıqlamanı vermək məcburiyyətindəyəm: Sofiya mərhum oğlumun keçmiş sevgilisi deyil və onunla dost da olmayıb Bu yalanlara qarşı hüquqi tədbirlər görəcəyik və şəxsi həyatımıza hörmət etməyinizi xahiş edirik”, - deyə sabiq futbolçu bildirib.

2021-ci ilin avqustunda Ballak taleyin ciddi zərbəsinə dözməli olub. 18 yaşlı oğlu Emilio avtomobil qəzasında dünyasını dəyişib.

Ballakın 2012-ci ildə boşandığı Simone ilə evliliyindən daha iki oğlu var.

Digər Xəbərlər
Xəbər Lenti
2 Oktyabr 02:50 Yığmamız ruslara uduzdu