COP29

Oyunun əsas adamı hakimin final fitindən sonra... VİDEO

20:00 Hadisə 267
Oyunun əsas adamı hakimin final fitindən sonra... VİDEO

“Şamaxı” – “Turan Tovuz” qarşılaşması (2:2) tura damğa vurdu.

Oyunun prinsipiallığı barədə hələ günlər öncə xəbər vermişdik ki, Ayxan Abbasovun sabiq komandasına qarşı rəqib olması matça xüsusi rəng qatan məqam idi.

Ehtimallar özünü artıqlaması ilə doğrultdu.

Vurulan 4 qol, penalti, 10 sarı vərəqə, 90 dəqiqə boyunca tribunalarda susmaq bilməyən azarkeşlər – Şamaxıda əsl futbol bayramını izlədik.

Meydan sahiblərinin vurduğu hər iki qoldan sonra azarkeşlərin və tribunada yer alan xüsusi çəkili qonaqların yaşadığı qol sevinci maraqlı görüntülərə səbəb oldu.

Hakimin start fitindən sonra Ayxan Abbasovun 2 il çalışdırdığı komandaya badalaq vurmasının “Turan Tovuz” cəbhəsində necə qarşılanacağı da sual doğururdu.

Oyun qurtaran kimi Kurban Berdıyevlə Abbasov bir-birinə yaxınlaşıb əl sıxdılar, ardınca Ayxan bəy köməkçi məşqçilərlə və vaxtilə rəhbərliyi altında oynamış futbolçularla qol-boyun oldu.

Matçın yekununda meydandakı gərginlikdən əsər-əlamət qalmamışdı. Şamaxılı fanatlar hakimləri paltardəyişmə otağına fit və uğultu səsləri ilə yola salmasını saya almasaq, hər şey axarında getdi.

Hər iki komandanın futbolçuları üzgün idi. “Şirlər” son saniyələrdə buraxılan qola, qonaqlar ardıcıl 3-cü oyunda itirilən 7 xala görə.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi