COP29

Bakıda məhkəmə hakimi çempiona xəbərdarlıq etdi: “Bir də belə etsən, həbs ediləcəksən”

1 Oktyabr 22:40 Hadisə 3 207
Bakıda məhkəmə hakimi çempiona xəbərdarlıq etdi: “Bir də belə etsən, həbs ediləcəksən”

Kikboksinq Federasiyasının dələduzluqda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb və kikboksinq üzrə üçqat dünya çempionu Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Sportinfo.az xəbər verir ki, Səbuhi Rəcəb həbsdə, Elman Mirzəyev isə sərbəst mühakimə edilir.

İstintaq dövründə Elman ev dustaqlığına buraxılıb.

bu-tekrarlansa-hebs-edileceksen

Müttəhim E.Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasa bir neçə dəqiqə gecikib. Bu səbəbdən prosesə sədrlik edən hakim Əli Məmmədov ona xəbərdarlıq edib.

Qeyd edib ki, növbəti dəfə eyni hal təkrarlansa, dərhal həbs ediləcək. Elman gecikməsinin səbəbini tıxaca bağlasa da, hakim onunla razılaşmayıb. Dünya çempionuna ardıcıl ikinci dəfə xəbərdarlıq edib.

Fotoda: Əli Məmmədov

Bundan sonra prokuror Eldar Həmzə ittiham aktını elan edib. İttihamın mahiyyəti barədə əvvəlki yazımızda məlumat vermişdik.

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyib. Proses oktyabrın 14-ü davam edəcək.

S.Rəcəb bundan əvvəl 3 nəfərə qarşı dələduzluqda ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmü ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Digər Xəbərlər
Xəbər Lenti