COP29

"Qarabağ" onu meydanda görməyəcək - Zədə aldı, mövsümü başa vurdu

02:00 Hadisə 120
"Qarabağ" onu meydanda görməyəcək - Zədə aldı, mövsümü başa vurdu

"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi "Malmö"nün (İsveç) futbolçusu Sead Hakşabanoviç zədə səbəbindən mövsümü başa vurub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu qasıq nahiyəsində yaranan zədəyə görə gələn həftə əməliyyat olunacaq.

Bununla da o, cari mövsümün sonuna qədər heç bir oyunda meydana çıxa bilməyəcək.

"Qarabağ" "Malmö" ilə Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 19:20 Mahir Emreli 3 ad çəkdi