COP29

Millinin sabiq futbolçusu Bakıda qəza törətdi - FOTO

19:25 Hadisə 342
Millinin sabiq futbolçusu Bakıda qəza törətdi - FOTO

Azərbaycan millisinin sabiq müdafiəçisi Aslan Kərimov qəzaya düşüb.

Sportinfo.az xəbər verir ki, veteran futbolçunun idarə etdiyi "Pajero" markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.

Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo" (Bakı), "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib.

O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub.

Azərbaycan millisinin sabiq futbolçusu Bakıda qəzaya düşdü

Digər Xəbərlər
Xəbər Lenti