COP29

Mahir adının qarışdığı bu QALMAQALdan sonra nə etdi? - FOTOLAR

29 Sentyabr 01:00 Hadisə 674
Mahir adının qarışdığı bu QALMAQALdan sonra nə etdi? - FOTOLAR

Almaniya 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”in məşqində gərginlik baş verib.

Sportinfo.az xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, hadisənin mərkəzində Azərbaycan millisinin hücumçusu Mahir Emreli olub. Qəzet iddia edib ki, Emreli komandada uğur qazanmaq üçün problem yaratmağı sevir.

Bildirilib ki, məşq zamanı onunla komanda yoldaşları Finn Elç və Yannik Hofmann arasında xoşagəlməz anlar yaşanıb.

Qəzetin yazdığına görə, Elçlə insident yalnız “qəzəbli baxışlar” və “giley-güzar”la keçsə də, Emreli Hofmanna möhkəm toxunub.

Sonuncu buna dözməyərək azərbaycanlı futbolçuya yüksək səslə qışqırıb. O, Emrelini sızlamaqda günahlandırıb

Qəzet yazır ki, baş məşqçinin köməkçisi Jerome Polenz isə bu mübahisədən olduqca məmnun qalıb və deyib: “Belə emosional durum bizə lazımdır”.

M.Emreli isə xəbərlərin yayılmasından sonra İnstaqram səhifəsində Hofmann və Elçlə şəkillərini paylaşıb. O, şəkilə qardaş sözləri yazıb və ürək emojisi atıb.

Digər Xəbərlər
Xəbər Lenti