COP29

İndi porno filmə çəkilir: “Sevgilim yoxdur” - FOTOLAR

28 Sentyabr 02:40 Hadisə 6 209
İndi porno filmə çəkilir: “Sevgilim yoxdur” - FOTOLAR

Kriştiano Ronaldo illər əvvəl onun haqqında özündən daha yaxşı oyunçu olduğunu söyləmişdi.

Bir vaxtların perspektiv ulduzu futbolda deyil, porno karyerasında ad çıxarıb. Söhbət Fabio Paimdən gedir.

Paim 20 il əvvəl "Sportinq"in Lissabondakı akademiyasında Ronaldonun komanda yoldaşı olub. O, Portuqaliya millisinin gənclərdən ibarət komandasında 40-dan çox oyun keçirib.

Fabio o qədər perspektivli istedad hesab olunurdu ki, hələ 13 yaşında olarkən həftədə 4400 funt sterlinq maaş və illik 130,000 funt sterlinq mükafat alırdı.

Hətta 2008-ci ildə "Çelsi" onu 4 aylıq icarəyə götürmüşdü. Həmin müddətdə yalnız əvəzedici komandada oynamışdı.

Pul, şöhrət və gecə həyatı onun müstəsna potensialını açmağa mane oldu. 2003-cü ildə Ronaldo demişdi:

"Əgər mənim yaxşı olduğumu düşünürsünüzsə, Fabio Paimi görənə qədər gözləyin". Lakin Paim Kriştianonu yanıltdı.

O, 2019-cu ildə narkotik ticarəti ittihamı ilə 1 il müddətinə həbs olundu. İndi pulsuz qalıb. O, porno sahəsində karyera qurmaq istəyir.

"Mən bir porno filmdə rol almaq istərdim. Ciddiyəm. Bu, mənim arzularımı gerçəkləşdirəcək. Mənim sevgilim yoxdur, subayam”, - deyə 36 yaşlı sabiq futbolçu deyib.

O, uğursuz futbolçu karyerası və Ronaldo haqqında da danışıb:

“Mən həqiqətən xüsusi idim. Təvazökar olmalıyam. Təəssüf ki, o vaxt "Instagram" yox idi, videolar indiki kimi viral deyildi. Amma inanıram ki, bu günə qədər mənim kimi heç kim olmayıb.

Kriştiano səy və zəhmət sayəsində layiq olduğu səviyyəyə çatdı. Bu qədər fədakarlıq göstərsəydim, ondan daha yaxşı olardım”.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti