Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.
Ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda ona tanımadığı şəxslər hücum edib.
Sportinfo.az xəbər verir ki, xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır.
S. Akının güllələnmə anının videosunu təqdim edirik:
güllələnən keçmiş futbolçu xəstəxanaya aparılıb. O, durumunun yaxşı olduğunu bildirib.