COP29

"Napoli"nin sabiq vingerini heyətinə qatır - "Qarabağ"ın rəqibi

26 Sentyabr 15:20 Hadisə 593
"Napoli"nin sabiq vingerini heyətinə qatır -

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u İtaliya təmsilçisi "Napoli"nin sabiq futbolçusunu heyətinə qatır.

Sportinfo.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, əlcəzairli Adam Ounas heyətə cəlb edilir. 28 yaşlı oyunçu azad agent kimi Yunanıstan komandasına keçəcək.

Fransanın "Lill" klubu ilə yayda müqavilə müddəti başa çatan vinger 2017-2022-ci ildə "Napoli"nin formasını geyinib.

"Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti