Ötən mövsüm “Arsenal”ın qapıçısı Aaron Ramsdeyl əsas heyətdə David Rayaya uduzdu.
Nəticədə yay transfer pəncərəsinin sonunda qapıçı “Sauthempton”a üz tutdu.
Sportinfo.az xəbər verir ki, futbolçu ilə birlikdə həyat yoldaşı da İngiltərənin cənubuna köçüb.
Corcina İrvin 1996-cı ilin aprelin 7-də anadan olub. Onun 28 yaşı var və futbolçudan iki yaş böyükdür. O, romantik peşəyə sahibdir. Stüardessadır və "British Airways"də işləyir.
Cütlük 2019-cu ildən birlikdədir. Həmin vaxt futbolçunun ulduzu parlamamışdı. İngiltərənin üçüncü divizionunda “Uimbldon”un qapısını qoruyudu.
Cazibədar sarışınla tanış olduqdan sonra qapıçının işləri yaxşılaşmağa başladı. Növbəti mövsümü Premyer Liqada "Bornmut"da keçirdi. 2021-ci ildə İngiltərə millisində debüt etdi və Avropa çempionatının gümüş mükafatçısı oldu. Bundan sonra o, çempionluq uğrunda mübarizə aparan "Arsenal"a keçdi.
2022-ci ildə Aaron Corcinaya evlilik təklifi etdi və "bəli" cavabını aldı. İki ay ərzində cütlük yalnız ən yaxın adamlarının iştirak etdiyi təvazökar bir toy mərasimi təşkil etdi.
2022-ci il dünya çempionatından sonra onların ailəsində bədbəxt hadisə yaşandı. Hamilə İrvin uşağını itirdi. Bu, cütlük tətildən qayıdarkən təyyarə uçuşu zamanı baş verdi.
“Londona 6 saatlıq uçuşun ağrısını indi də təsvir edə bilmirəm. Sadəcə olaraq, insanların belə bir şey keçirdikləri təqdirdə tək olmadıqlarını bilmələrini istəyirəm.
Qayıdanda baş verənlər haqqında çox danışmadım. Yalnız ailəmə, komanda yoldaşlarıma və əlbəttə ki, Mikel Artetaya məlumat verdim”, - deyə Ramsdeyl bildirib.
Bütün çətinliklər arxada qalıb. 2023-cü ilin noyabrında cütlüyün ilk uşaqları dünyaya gəldi. Oğlana Ronni adını veriblər.