COP29

Komanda uduzdu, paltardəyişmə otağına hücum çəkdilər, baş məşqçini döydülər - FOTO

26 Sentyabr 04:10 Hadisə 633
Komanda uduzdu, paltardəyişmə otağına hücum çəkdilər, baş məşqçini döydülər - FOTO

Serbiya Superliqasının 9-cu turunda “Srvena Zvezda” və “Partizan” arasında keçirilən Belqrad derbisində xoşagəlməz hal yaşanıb.

Sportinfo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri 0:4 hesabı ilə uduzduqları oyundan sonra komandanın paltardəyişmə otağına hücum çəkib.

Tərəfdarlar böyükhesablı məğlubiyyətə görə baş məşqçi Aleksandr Stanoyeviçə ciddi xəsarət yetirib. Çalışdırıcı matçdan sonrakı mətbuat konfransına üzündə sarğılarla qatılıb.

Pncəki gün “Partizan”ın ev oyularını keçirdiyi arenada naməlum şəxslər yanğın törətmişdi.

Buna baxmayaraq, oyunu təşkil etmək mümkün olub. Amma qarşılaşmanın nəticəsi yerli fanatları qəzəbləndirib.

Bir neçə ildir əzəli rəqibi üzərində böyük üstünlük quran “Srvena Zvezda” 4:0 hesablı qələbə qazanaraq çempionluq yarışında rəqibi ilə xal fərqini bir az da artırıb.

Digər Xəbərlər
Xəbər Lenti