COP29

Futbol yox, gözəlliyi başına bəla oldu - FOTOLAR

25 Sentyabr 02:40 Hadisə 1 196
Futbol yox, gözəlliyi başına bəla oldu - FOTOLAR

Albaniyalı qadın hakim Emanuela Rusta bu günlərdə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, o, Çempionlar Liqasının "ən seksual qadın hakim"i adlandırılmaqdan bezdiyini etiraf edib.

Hətta seksist mesajlar aldıqdan sonra "İnstaqram" profilini silmək məcburiyyətində qalıb.

Emanuela Albaniyanın ən yaxşı hakimlərindən biridir. 30 yaşlı ədalət təmsilçisi ölkəsinin kişilər arasında yüksək divizionuna təyinat alan ilk qadın hakimdir. O, həm də ölkəsinin ilk beynəlxalq qadın referisidir. Rusta Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilən “Sportinq” – “Real” matçını idarə edib.

Matçdan əvvəl mətbuat Emanuelanı "seksual hakim" adlandırmışdı. "Onlar mənim peşəkarlığımı nəzərə almalı idilər, amma diqqət başqa məqamlara yönəldi", - deyə Rusta "Marca"ya müsahibəsində şikayətlənib.

“Hakimlik cins deyil, bacarıq məsələsidir. Düzgün qərarlar vermək üçün oyun qaydalarını mükəmməl bilməli, eyni zamanda yaxşı fiziki formada olmalı və diqqəti cəmləmək qabiliyyətinə malik olmalısan.

Ümid edirəm ki, kişilər kateqoriyasındakı ən yaxşı matçı dörd qadın idarə edəcək gün uzaqda deyil", - deyə o, bildirib.

Hakim olmamışdan əvvəl Albaniyada basketbol oynayan Rusta bədən tərbiyəsi fakültəsini oxuyarkən futbola keçib. O, indi hakimlik karyerasını orta məktəb bədən tərbiyəsi müəllimi işi ilə birləşdirir.

Publika.az

Digər Xəbərlər
Xəbər Lenti