Serbiya Superliqasının 9-cu turu çərçivəsində “Partizan” – “Srvena Zvezda” matçına saatlar qalmış meydan sahiblərinin Belqraddakı stadionu yandırılıb.
Sportinfo.az xəbər verir ki, bir qrup naməlum şəxs bu iki əzəli rəqib arasında baş tutacaq derbidən öncə meydançaya benzin tökərək od vurub.
Serbiya mətbuatının yazdığına görə, klub bütün lazımi məlumatları hüquq-mühafizə orqanlarına verib.
Komandanın əməkdaşları isə stadionda problem yaranan yerləri matç üçün hazır vəziyyətə gətirməyə çalışırlar.