COP29

Qarabağın bu şəhərində stadionun təməli qoyuldu - FOTOLAR

01:50 Hadisə 117
Qarabağın bu şəhərində stadionun təməli qoyuldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq.

Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.

Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.

Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Dövlətimizin başçısı stadionun təməlini qoydu.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi