COP29

Niderland millisinin sabiq yarımmüdafiəçisini üçüncü dəfə geri qaytardı - “Qarabağ”ın rəqibi

18 Sentyabr 00:00 Hadisə 194
Niderland millisinin sabiq yarımmüdafiəçisini üçüncü dəfə geri qaytardı - “Qarabağ”ın rəqibi

Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” heyətinə yeni oyunçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, “İnter”dən ayrılan Devi Klassen Niderland klubuna keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub. Devi Klassen 2011-2017 və 2020-2023-cü illərdə də “ağ-qırmızılar”da çıxış edib.

“Qarabağ” 3-cü turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM