COP29

“Fernandu Santuşu istefaya göndərdim, amma bu, xoşuma gəlmədi”

16 Sentyabr 09:20 Hadisə 7 984
“Fernandu Santuşu istefaya göndərdim, amma bu, xoşuma gəlmədi”

“Benfika”nın sabiq prezidenti Luis Filipe Vieyra keçmiş komandasının baş məşqçiləri ilə işlədiyi dövrü xatırladaraq, Azərbaycan millisinin hazırkı çalışdırıcısı Fernandu Santuşla əməkdaşlığa da toxunub.

Sportinfo.az “O Jogo”ya istinadən xəbər verir ki, Portuqaliya nəhənginin sabiq prezidenti Santuşun onu sonradan bağışladığını da etiraf edib:

"Mövsümün əvvəlində məşqçilərin işdən çıxarılması ümumiyyətlə qeyri-adi haldır. Bu hadisə ilə bir dəfə qarşılaşmışdım.

Fernandu Santuşu istefaya göndərdim, amma bu, xoşuma gəlmədi. Bunun niyə baş verdiyini özü yaxşı bilir. L

akin Santuş məni bağışladı. Bundan sonra isə mən bir daha belə məsuliyyəti üzərimə götürmədim".

Millimizin çalışdırıcısı 2006-cı ilin iyulundan 2007-ci ilin avqustuna qədər “Benfika”da işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!