COP29

Prezident “Formula 1”in rəsmiləri ilə görüşdü - FOTOLAR

16 Sentyabr 07:50 Hadisə 369
Prezident “Formula 1”in rəsmiləri ilə görüşdü - FOTOLAR

Prezident İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

Sportinfo.az xəbər verir ki, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd etdi.

Dövlət başçısı Formula 1-in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirdi.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulandı. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunuldu.

Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edildi, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulandı.

Dövlət başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət etdi.

Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd etdi.

Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirdi.


Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar