COP29

İlham Əliyev FİA-nın prezidentini qəbul etdi

16 Sentyabr 07:20 Hadisə 231
İlham Əliyev FİA-nın prezidentini qəbul etdi

Prezident İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti bildirib.

Prezident İlham Əliyev sentyabrın 15-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Məhəmməd Ben Sulayem ötən ilin dekabrında Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının və Federasiyanın mükafatlandırma mərasiminin Bakıda keçirilməsinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Qonaq Azərbaycan Avtomobil Federasiyası və klublar ilə sıx əlaqələrin mövcud olduğunu deyərək, əməkdaşlığın genişləndiyini vurğuladı.

Məhəmməd Ben Sulayem COP çərçivəsində Beynəlxalq Avtomobil Federasiyasının nəqliyyat sahəsində fəaliyyətə dəstək verəcəyini və bununla bağlı Federasiyanın mütəxəssislərinin ölkəmizlə əməkdaşlıq edəcəklərini bildirdi.

Dövlət başçısı Beynəlxalq Avtomobil Federasiyasının prezidentini COP29-a dəvət etdi.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!