SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib.
Sportinfo.az xəbər verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını dəyişib.
Əslən Cəlilabad rayonundan olan Ş.Hüseynov keçmiş SSRİ birinciliyinin mükafatçısı və I Qarabağ Müharibəsinin könüllü iştirakçısı olub.