COP29

Qara Qarayev: “Qarabağ bizi birləşdirib, qəhrəman edib” – VİDEO+FOTOLAR

11 Sentyabr 23:20 Hadisə 1 687
Qara Qarayev: “Qarabağ bizi birləşdirib, qəhrəman edib” – VİDEO+FOTOLAR

“Füzuli şəhəri ilə ilk görüşümüzdə qorxu var idi, çünki 29 il idi biz ayrı idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Qara Qarayev deyib.

O, torpaqlarımızın işğaldan azad olunmasının, insanların ora köçməsinin vacib məsələ olduğunu vurğulayıb:

“Özümün, qardaşlarımın orada ev, yurd salması vacibdir. Oraya mütləq qayıtmalıyıq.

Nə qədər burada nəfəs alsaq da, bizim ilk nəfəsimiz, ilk toxunuşumuz orada olub.

Qarabağ adı bizi birləşdirib, qəhrəman edib” – deyə Qara Qarayev bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır

, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?