COP29

"Bundan əvvəl iki dəfə bəxtimiz gətirməmişdi"

11 Sentyabr 02:00 Hadisə 240
"Bundan əvvəl iki dəfə bəxtimiz gətirməmişdi"

Polşanın Varşava şəhərində keçirilmiş minifutbol üzrə Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, komandanın futbolçusu Mirmehdi Rzayev açıqlama verib:

"Artıq üçüncü ildir ki, "Birbaşa Bakı" ilə Çempionlar Liqasına gedirdik. Bundan əvvəl iki dəfə bəxtimiz gətirməmişdi.

Bu dəfə yaxşı hazırlaşdıq. Şükür Allaha nəticə ilə vətənə qayıtdıq. Komandamızın kapitanı Kamil Məmmədova,

İlkin Qəribliyə təşəkkürümüzü bildiririk. Həqiqətən əziyyətimizi çox çəkiblər.

Bəli, ÇL-də 1/8 finalda “Aznur”la qarşılaşdıq. Düzü, istəməzdik ki, onlarla qarşılaşaq.

Çünki onlar da yaxşı hazırlaşmışdılar, güclü kollektivdilər. Bakıda da onlarla yoxlama oyunu oynamışdıq.

Ayrı səbətlərdə olsaydıq, “Aznur”la finalda görüşə bilərdik".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?