COP29

Messi bu sözlərlə onu ağlatdı: “Kimin ağlına gələrdi ki…” - VİDEO

6 Sentyabr 12:20 Hadisə 368
Messi bu sözlərlə onu ağlatdı: “Kimin ağlına gələrdi ki…” - VİDEO

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Argentina - Çili matçından əvvəl emosional anlar yaşanıb.​

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, görüşün əvvəlində Argentina millisindəki karyerasını bitirən Anxel Di Mariya argentinalı azarkeşlərlə vidalaşmaq üçün meydana çıxıb.

Onun şərəfinə qısa mərasim təşkil olunub. Millidəki komanda yoldaşı Lionel Messi də Buenos-Ayresdəki “Monumental” stadionunun böyük ekranından Di Mariyaya müraciət ünvanlayıb.

“Ümid edirəm ki, ailən və sevdiklərinlə xoş bir axşam keçirəcəksən. Artıq demək istədiyimiz hər şeyi dedik, çox şey paylaşdıq.

Kimin ağlına gələrdi ki, hər şey belə bitəcək? Sənin üçün çox darıxacağıq. Tezliklə görüşənədək”, - Messi deyib.

Onun çıxışı zamanı Di Mariya gözyaşlarını saxlaya bilməyib.

Argentina millisində 145 oyun keçirən Di Maria 31 qol vuraraq yığmadakı karyerasını başa vurub. 36 yaşlı futbolçu yığma komanda ilə son dəfə meydana 2024-cü ildə Amerika Kubokunun finalında Kolumbiya üzərində qələbə matçında çıxıb.

Onu da bildirək ki, bu gün keçirilən Argentina-Çili matçı “tanqoçular”ın qələbəsi ilə bitib - 3:0.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var