COP29

Prosineçki Yankoviçin əvəzinə yığmaya "Neftçi"nin yeni transferini çağırdı - FOTO

6 Sentyabr 08:20 Hadisə 5 099
Prosineçki Yankoviçin əvəzinə yığmaya "Neftçi"nin yeni transferini  çağırdı - FOTO

Monteneqronun UEFA Millətlər Liqasında 2024/25-ci illər mövsümünün ilk oyunları üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki "Qarabağ"dan düşərgəyə bu dəfə yalnız Marko Veşoviçi çağırıb.

Ağdam klubunun digər aparıcı üzvü Marko Yankoviç zədə səbəbindən 20 nəfərlik heyətə daxil edilməyib.

Azərbaycan millisinin sabiq çalışdırıcısı əvəzində "Neftçi"dən Edvin Kuça dəvət göndərib.

Xatırladaq ki, B liqasının B4 qrupunda mübarizə aparacaq Monteneqro sentyabrın 6-da İslandiya, 3 gün sonra Uels seçməsilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var