COP29

Məşhurun oğlu 22 yaşında karyerasını bitirdi, futbolu modelliyə dəyişdi - FOTOLAR

6 Sentyabr 04:20 Hadisə 630
Məşhurun oğlu 22 yaşında karyerasını bitirdi, futbolu modelliyə dəyişdi - FOTOLAR

Devid Bekhemin oğlu Romeo Bekhem futbolçu karyerasını bitirmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki,22 yaşlı Romeo çıxış etdiyi “Brentford”un B komandasından ayrılıb.

Klub ona yeni müqavilə təklif etsə də, o bundan imtina edib.

Romeonun özünü model kimi sınamaq istədiyi deyilir. “The Sun” nəşrinin məlumatına görə, o, Parisin aparıcı model agentliklərindən biri ilə müqavilə imzalayıb.

Romeo London Arsenal Akademiyasında təhsil alıb. Daha sonra futboldan uzaqlaşaraq tennislə məşğul olub.

Bir müddətlik fasilədən sonra “İnter Mayami”də futbol karyerasına geri qayıdıb. 2023-cü ilin yanvarında “Brentford”a keçib.

Devid və Viktoriya Bekhem cütlüyünün Bruklin, Romeo və Kruz adlı oğulları, Harper adlı qızları var.







Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var