COP29

Mehriban Əliyevaya təşəkkür etdi - Lamiyənin atası

6 Sentyabr 01:00 Hadisə 215
Mehriban Əliyevaya təşəkkür etdi - Lamiyənin atası

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran Lamiyə Vəliyevanın atası Rövşən Vəliyev təşəkkür paylaşımı edib.

Sportinfo.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.

“Lamiyənin Parisdə qazandığı uğura görə çoxlu təbriklər alırıq. Bu təbriklər Lamiyənin ailəsi olaraq tək bizə deyil, bütün Azərbaycana ünvanlanıb.

Lamiyə Azərbaycanı sevdiyi qədər Azərbaycan da onunla qürur duydu, sevdi. Bu, bizi sevindirir, Lamiyəni isə qələbələrinin davamlı olması üçün ruhlandırır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lamiyəyə ünvanlanan təbriki isə bizi daha çox qürürlandırdı və sevincimizi ikiqat artırdı.

Ailəmiz adından Mehriban xanım Əliyevaya, o cümlədən Azərbaycan dövlətinə və xalqımıza idmançıların əməyinə daim diqqət və qayğı göstərdiklərinə görə minnətdarlıq bildiririk”.

Paraatletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var