COP29

5 bıçaq zərbəsi, 11 güllə - Güney Azərbaycanda tanınmış idmançı qətlə yetirildi

5 Sentyabr 23:20 Hadisə 548
5 bıçaq zərbəsi, 11 güllə - Güney Azərbaycanda tanınmış idmançı qətlə yetirildi

İranın Şərqi Azərbaycan əyaləti Boks Şurasının başçısı İsa Qulməhəmmədi soyuq və odlu silahla qətlə yetirilib.

Sportinfo.az “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Boks Şurası məlumat yayıb.

İsa Qulməhəmmədi Tehran əyalətinin Rabatkərime rayonunun Şatrxvar kəndindəki bağ evində qətlə yetirilib. Ona 5 bıçaq zərbəsi endirlib və 11 dəfə atəş açılıb.

İsa Qulməhəmmədiyə iki nəfərin hücum etdiyi bildirilib. Onların kimliyi hələ müəyyən olunmayıb. Hazırda araşdırma aparılır, fakt üzrə cinayət işi açılıb.

İnformasiyaya əsasən, İsa Quməhəmmədi boks üzrə ölkə çempionu olub. Bir müddət İranın boks yığmasının məşqçisi və meneceri işləyib. İran Boks Federasiyasının üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var