"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən FCSB (Rumıniya) heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Buxarest təmsilçisi müdafiəçi Mihay Popesku ilə anlaşıb.
31 yaşlı rumıniyalı oyunçu son olaraq ölkəsinin "Farul" kollektivində çıxış edib.
"Qarabağ" - FCSB görüşü 2025-ci il yanvarın 23-də Bakıda keçiriləcək.