COP29

Mehriban Əliyeva Lamiyəni belə təbrik etdi - FOTOLAR

4 Sentyabr 07:20 Hadisə 317
Mehriban Əliyeva Lamiyəni belə təbrik etdi - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, bu haqda instaqram hesabında yazıb.

“Ura! Növbəti qələbəmiz!

Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm”, - paylaşımda qeyd olunub.



Digər Xəbərlər
Xəbər Lenti